Ana Sayfa > Karusel / Region > Türkiyənin ilk silahlı pilotsuz dəniz vasitəsi atəş sınağdan uğurla keçib

Türkiyənin ilk silahlı pilotsuz dəniz vasitəsi atəş sınağdan uğurla keçib


25-01-2022, 17:42. Yazar: Admin

Türkiyənin ilk silahlı pilotsuz dəniz vasitəsi atəş sınağdan uğurla keçib

Türkiyənin ilk silahlı pilotsuz dəniz vasitəsi olan ULAQ yeni sistemlə atəş açma sınağdan uğurla keçib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “Sabah” qəzeti yayıb.

Qeyd olunub ki, 2021-ci ildə dünyada ilk dəfə pilotsuz dəniz vasitəsindən raket ataraq hədəfi müvəffəqiyyətlə məhv edən ULAQ, əlavə edilmiş yeni uzaqdan idarə olunan silah sistemi ilə baza və limanların mühafizəsində iştirak edəcək.

Müdafiə sənayesində milli sərmayə ilə fəaliyyət göstərən Antalya mərkəzli ARES Gəmiqayırma Zavodu və Ankarada yerləşən Meteksan Müdafiə 12,7 mm-lik uzaqdan idarə olunan silah sistemini Türkiyənin ilk və yeganə SİDA ULAQ platformasına inteqrasiya edərək atış sınaqlarını uğurla başa çatdırıb.


Geri dön