Ana Sayfa > Karusel / Cəmiyyət > Tağıyevin təsbehini sındıranlar HƏBS OLUNDU

Tağıyevin təsbehini sındıranlar HƏBS OLUNDU


25-01-2022, 14:55. Yazar: Admin

Paytaxtın Səbail rayonunda Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər barəsində məhkəmə qərarı olub. 

 

Daxili İşlər Nazirliyindən (DİN) Qarabaqinfo.az-a verilən məlumata görə, əməli törətməkdə təqsirləndirilən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq aylıq həbs qətimkan tədbiri seçilib. 

 

Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir.

 

İstintaqın yekununda toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.


Geri dön