Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > BDU rektorunun müşaviri işdən çıxarılıb
Ana Sayfa > Karusel / Gündəm > BDU rektorunun müşaviri işdən çıxarılıb

BDU rektorunun müşaviri işdən çıxarılıb


15-03-2019, 10:58. Yazar: Admin

 

 

Qarabaginfo.az//

Bakı Dövlət Universiteti (BDU) rektorunun müşaviri işdən çıxarılıb.

“Report”un əldə etdiyi məlumata görə, müvafiq əmrlə kimya elmləri doktoru, professor İsmayıl Əliyev ali məktəbin rektorunun ümumi məsələlər üzrə müşaviri vəzifəsindən azad edilib.

Onun işdən çıxarılması bir neçə gün əvvəl olub və bununla bağlı əmri həmin dövrdə BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıb.

Qeyd edək ki, İ.Əliyev 2014-cü ildən bu vəzifədə çalışırdı. Onu müşavir vəzifəsinə BDU-nun həmin dövrdə rektoru olmuş akademik Abel Məhərrəmov təyin etmişdi.

İ.Əliyev BDU redkorunun müşaviri olmaqla yanaşı, universitetin Həyat fəaliyyəti təhlükəsizliyi kafedrasının müdiri vəzifəsini də tuturdu. O, hazırda kafedra müdiri vəzifəsində çalışır.  


Geri dön