Ana Sayfa > Karusel / Siyasət > Gümrüdəki Rusiya bazası Ermənistan ərazisindən çıxarılacaqmı? - "Joxovurd"

Gümrüdəki Rusiya bazası Ermənistan ərazisindən çıxarılacaqmı? - "Joxovurd"


25-01-2022, 12:57. Yazar: Admin
Gümrüdəki Rusiya bazası Ermənistan ərazisindən çıxarılacaqmı? – “Joxovurd”

 

“Gümrüdəki Rusiya bazası Ermənistan ərazisini tərk edəcəkmi?”

Bu barədə son günlər “Joxovurd” qəzetinin redaksiyasına Şirak rayonundan məlumatlar daxil olub. Bildirilir ki, Ermənistan -Türkiyə münasibətlərinin nizama salınması ilə əlaqədar Rusiyanın 102-ci hərbi bazası Gümrüdən çıxarıla bilər. Çünki orada artıq heç bir hərbi bazaya ehtiyac olmayacaq.

Qəzet şərh almaq üçün Şirak rəhbəri Nazeli Bağdasaryana müraciət edib, lakin o, bu məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyi məsləhət görüb. Bununla belə, Rusiya hərbi bazasının Gümrüdə qalma müddətinin 2010-cu ildə imzalanmış protokola əsasən, 2044-cü ilədək qalacağını xatırladıb.

Bundan əlavə, “Joxovurd” xatırladır ki, Rusiya tərəfi Ermənistanın hərbi təhlükəsizliyini birgə təmin etmək və Ermənistan silahlı qüvvələrini müasir silah növləri ilə təchiz etmək öhdəliyini öz üzərinə götürüb.(konkret.az)


Geri dön