Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanın korrupsiya səviyyəsinə görə neçənci sırada olması açıqlandı - SİYAHI
Azərbaycanın korrupsiya səviyyəsinə görə neçənci sırada olması açıqlandı - SİYAHI25-01-2022, 12:47. Yazar: Admin |
Beynəlxalq Şəffaflıq Təşkilatı ("Transparency İnternational") 2021-ci il üçün "Korrupsiya Qavrama İndeksi -2021" adlı hesabatını açıqlayıb.
Beynəlxalq Şəffaflıq Təşkilatının açıqladığı hesabatda bildirlir ki, Azərbaycan korrupsiyanın səviyyəsinə görə 30 balla 180 ölkə arasında 128-ci sırada yer alıb.
Məlumat üçün bildirək ki, hesabat 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir. Illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir. 2015-ci ildə Azərbaycan 29 balla 168 ölkə sırasında 119-cu, 2016-cı ildə isə 30 balla 176 ölkə arasında 123-cü, 2017-ci ildə 31 balla 180 ölkə arasında 122-ci, 2018-ci ildə 25 balla 180 ölkə arasında 152-ci, 2019-cu ildə 30 balla 180 ölkə arasında 126-cı, 2020-ci ildə isə 30 balla 180 ölkə arasında 129-cu sırada yer alıb. Azərbaycanın sonuncu hesabatda mövqeyi əvvəlki ilə müqayisədə 1 pillə yaxşılaşıb, topladığı bal isə dəyişməz qalıb. Sıralamadakı mövqeyə gəldikdə isə qeyd edək ki, MDB və region ölkələri arasında ən yaxşı vəziyyət Gürcüstanda qeydə alınıb. Gürcüstanda ötən il korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 48-ci sırada qərarlaşıb. Keçmiş SSRİ və region ölkələri korrupsiya səviyyəsinə görə belə sıralanıblar: - Estoniya - 15-ci yer (74 bal) - Litva - 35-ci yer (61 bal) - Latviya - 37-ci yer (59 bal) - Gürcüstan - 48-ci yer (55 bal) - Ermənistan - 57-ci yer (49 bal) - Belarus - 82-ci yer (41 bal) - Türkiyə - 101-ci yer (38 bal) - Qazaxıstan - 103-cü yer (37 bal) - Moldova - 107-ci yer (36 bal) - Ukrayna - 123-cü yer (32 bal) - Azərbaycan - 128-ci yer (30 bal) - Rusiya - 139-cü yer (29 bal) - Özbəkistan - 143-cü yer (28 bal) - Qırğızıstan - 145-ci yer (27 bal) - İran - 152-ci yer (25 bal) - Tacikistan - 153-ci yer (24 bal) - Türkmənistan - 171-ci yer (19 bal) Dünyada korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələr Danimarka (88 bal), Finlandiya (88 bal) və Yeni Zelandiya (88 bal) hesab olunur. Korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələrin ilk onluğunu Norveç, Sinqapur, İsveç, İsveçrə, Niderland, Lüksemburq və Almaniya tamamlayır. Ən pis vəziyyət isə Cənubi Sudan, Suriya, Somali, Venesuela, Yəmən, Şimali Koreya, Əfqanıstan, Liviya və Ekvatorial Qvineyada qeydə alınıb.(Yeniavaz) Geri dön |