Ana Sayfa > Karusel / Kriminal > Bakıda məktəb müəllimi döyən şəxs tutulub

Bakıda məktəb müəllimi döyən şəxs tutulub


25-01-2022, 12:43. Yazar: Admin

Bakupost.az - Daxili İşlər Nazirliyi işçi axtarır

Bakıda məktəb müəllimi döyən şəxs tutulub.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 24-də sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşım edilib: "Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub.

Fakt üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq hərəkətləri davam etdirilir".


Geri dön