Ana Sayfa > Karusel / Sosial > Bakıda 15 yaşlı qız özünü 16-cı mərtəbədən atdı

Bakıda 15 yaşlı qız özünü 16-cı mərtəbədən atdı


15-03-2019, 10:32. Yazar: Admin

Bakıda Yasamal rayonunda intihar hadisəsi baş verib.

"Qarabaginfo" oxu.az-a istinadən xəbər verir ki, rayonun Əhməd Cavad 45 A ünvanında 15 yaşlı qız özünü 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən ataraq intihar edib.

2003-cü il təvəllüdlü, 11-ci sinif şagirdi Mirfatimənin liseydə təhsil aldığı, həmin evdə ailəsi ilə birgə kirayədə qaldığı bildirilir.

Gənc qızın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

 


Geri dön