Ana Sayfa > Karusel / Region > Ermənistanda hakimiyyət prezidentliyə yeni namizəd AXTARIR

Ermənistanda hakimiyyət prezidentliyə yeni namizəd AXTARIR


25-01-2022, 12:27. Yazar: Admin

Ermənistanda prezident postundan istefa verən Armen Sarkisyanın yerinə namizədlə bağlı müzakirələr başlayır.
 

Modern.az xəbər verir ki, u barədə hakim “Mülki müqavilə” partiyasının deputatı Gevork Papoyan brifinq zamanı jurnalistlərə bildirib.


O deyib ki, mövcud qanunvericiliyə görə, prezidentliyə yeni namizədlə bağlı müzakirələrə başlamaq  üçün hələ 5-6 gün var və Armen Sarkisyan hələ ki (o, istefasını geri götürə  bilər) prezident olaraq qalır.

 

"Bu vəziyyətdə biz yeni namizədlə bağlı məsələnin müzakirəsini tez hesab edirik, çünki ən azı nəzəri cəhətdən qanun Armen Sarkisyana istefa ərizəsini geri götürməyə imkan verir. Qanunvericilik imkan verən kimi məsələni müzakirə edəcəyik", - G.Papoyan bildirib.

 

Deputat Vaaqn Hovakimyan xatırladıb ki, prezidentin yekun istefasından sonra namizədlərin irəli sürülməsinə 5 gün qalıb. O zaman rəsmi müzakirələr başlayacaq.
 

"Namizədlər müəyyən meyarlara cavab verməlidirlər", - deputat Hovakimyan bildirib.
 

Ermənistan prezidenti Armen Sarkisyanın xarici vətəndaşlığının olması ilə bağlı “Hetq” nəşrinin yaydığı məlumatdan danışan Vaaqn Hovakimyan bildirib ki, bu mesaj hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalıdır.

 

Xatırladaq ki, yanvarın 23-də prezident Armen Sarkisyan istefa verib və deyib ki, Konstitusiya ona potensialından sistemli daxili və xarici siyasət problemlərini həll etmək üçün istifadə etməyə imkan vermir. Prezidentin sözlərinə görə, ona xarici və iqtisadi siyasətə, diasporla münasibətlərə təsir mexanizmlərinin yaradılacağı ilə bağlı vədlər verilib, lakin bu, baş tutmayıb.


Geri dön