Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox bazar ertəsi prezident Anjey Duda ilə görüşdən sonra bildirib ki, Varşava Kiyevə hərbi yardım imkanını nəzərdən keçirir. Bu barədə RİA Novosti xəbər verir.
"Hərbi yardım məsələsinə baxılıb. Hazırda bu mövzu ilə bağlı təfərrüatları bölüşə bilmərəm", - Solox bildirib.
Eyni zamanda o, aydınlaşdırıb ki, söhbət Polşa hərbi kontingentinin Ukraynaya göndərilməsindən getmir.
"Söhbət maddi yardımdan gedir. Hər hansı artımdan, qoşunlarımızın Ukrayna ərazisində olmasından söhbət getmir. Ukraynalılar bunu tələb etməyiblər", - Solox bildirib.