Ana Sayfa > Karusel / Dünya / İqtisadiyyat > Pandemiya Almaniya iqtisadiyyatına 350 milyard avro ziyan vurub

Pandemiya Almaniya iqtisadiyyatına 350 milyard avro ziyan vurub


24-01-2022, 21:22. Yazar: Admin

Pandemiya Almaniya iqtisadiyyatına 350 milyard avro ziyan vurub

Covid-19 pandemiyası son iki ildə Almaniya iqtisadiyyatına 350 milyard avroya yaxın ziyan vurub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Köln İqtisadiyyat İnstitutunun hesabatında məlumat verilib. Hesablamalara görə, itkilərə ilk növbədə qapanmalar nəticəsində daxili istehlakın azalması səbəb olub. Ölkədə inflyasiyanın da son 30 ilin ən yüksək həddinə çatdığı bildirilir. Sənəddə qeyd olunur ki, yalnız qarşıdakı illərdə güclü iqtisadi artım pandemiyanın səbəb olduğu itkiləri aradan qaldırmağa kömək edə bilər.(Apa)


Geri dön