Ana Sayfa > Karusel / Dünya > Putin Migellə danışdı, razılaşdılar

Putin Migellə danışdı, razılaşdılar


24-01-2022, 20:36. Yazar: Admin

 

Rusiya Prezidenti Vladimir Putinlə kubalı həmkarı Migel Dias-Kanel Bermudes arasında telefon danışığı baş tutub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkə lideri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün sıx əməkdaşlıq etmək niyyətlərini təsdiqləyiblər və müxtəlif səviyyələrdə təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər.

Kuba Prezidenti həmkarına göstərilən humanitar yardıma, o cümlədən koronavirus infeksiyası ilə mübarizədə dəstəyinə görə təşəkkür edib.

 


Geri dön