Ana Sayfa > Karusel / Region > Ermənistan polisinin mətbuat xidmətinin keçmiş rəhbəri saxlanılıb

Ermənistan polisinin mətbuat xidmətinin keçmiş rəhbəri saxlanılıb


24-01-2022, 19:33. Yazar: Admin

 

Ermənistan polisinin mətbuat xidmətinin keçmiş rəhbəri saxlanılıb

Ermənistan polisinin mətbuat xidmətinin keçmiş rəhbəri, eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” müxalifət blokunun üzvü, polis polkovniki Sayat Şirinyan saxlanılıb.

Qarabaginfo.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Benik Qaltsyan məlumat verib.

"Təxminən 30 dəqiqə əvvəl maskalı şəxslər Sayat Şirinyanı evindən çıxarıblar”, - o, feysbuk hesabında yazıb.

Saxlanmanın səbəbləri hələlik məlum deyil.


Geri dön