Ana Sayfa > Karusel / Dünya > Zalkaliani: “Gürcü xalqının seçimi Avro-Atlantik strukturlara tam inteqrasiyadır”

Zalkaliani: “Gürcü xalqının seçimi Avro-Atlantik strukturlara tam inteqrasiyadır”


24-01-2022, 19:30. Yazar: Admin

David Zalkaliani

 

Qərbdəki tərəfdaşlar Buxarest sammitinin Gürcüstanla bağlı qərarını bir daha nəzərdən keçirməyi planlaşdırmır.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani yerli telekanala açıqlamasında deyib.

O bildirib ki, Brüsseldə və Baltikyanı ölkələrdə keçirdiyi görüşlərdə, eləcə də apardığı telefon danışıqlarında Qərbdəki tərəfdaşları öz mövqelərinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

“Bizim seçimimiz Avro-Atlantik strukturlara tam inteqrasiyadır. Bu gürcü xalqının sivil seçimidir və konstitusiyamızda da əks olunub”, - D. Zalkaliani qeyd edib.

Nazir vurğulayıb ki, Gürcüstan hökuməti öz mövqeyinin müdafiəsi üçün əlindən gələni edəcək.


Geri dön