Ana Sayfa > Karusel / Sosial > Nazirlikdə qaz sızmaları ilə əlaqədar İşçi qrupu yaradıldı

Nazirlikdə qaz sızmaları ilə əlaqədar İşçi qrupu yaradıldı


24-01-2022, 19:10. Yazar: Admin

Qaz sızması və partlayışı, dəm qazı ölümü və sağlamlığa zərər vurulması hallarının qarşısının alınması istiqamətində Ədliyyə Nazirliyində İşçi qrupu yaradılıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

O qeyd edib ki, bu işlə bağlı Baş Prokurorluğun nümayəndələrinin iştirakı təmin edilməklə aidiyyəti normativ hüquqi aktlarda zəruri dəyişikliklərin edilməsi ilə əlaqədar 8 layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

 


Geri dön