Ana Sayfa > Karusel / Təhsil > Kolleclərə qəbul imtahanının vaxtı da açıqlandı

Kolleclərə qəbul imtahanının vaxtı da açıqlandı


24-01-2022, 17:55. Yazar: Admin

Kolleclərə qəbul imtahanının vaxtı açıqlanıb.

11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı 2-3 apreldə keçiriləcək.

Həmin tarixdə eyni zamanda əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə də qəbul imtahanı olacaq.

Bundan başqa müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən 11-ci sinif şagirdləri üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli dil üzrə vermək istəyən 11-ci sinif şagirdləri üçün əlavə imtahan və eksternat qaydasında buraxılış imtahanı (11 illik) da 2-3 apreldə keçirilməsi nəzərdə tutulub


Geri dön