Ana Sayfa > Karusel / Gündəm > Ötən il 52 prokurorluq işçisi cəzalandırılıb

Ötən il 52 prokurorluq işçisi cəzalandırılıb


24-01-2022, 17:41. Yazar: Admin

Kamran Əliyev

 

Ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında deyib.

O bildirib ki, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilib.


Geri dön