İstanbulda əlverişsiz hava şəraiti (güclü qar) səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İstanbul-Bakı reysi gecikir.
AZAL-dan Qarabaginfo.az-a verilən məlumata görə, hazırda reysin sərnişinləri sərnişin terminalının daxilindədir və qida və alkoqolsuz içki ilə təmin olunacaqlar.
Məlumata görə, İstanbul hava limanının icazəsi olan kimi təyyarə İstanbuldan Bakıya yola düşəcək.