Ana Sayfa > Karusel / Region > Ermənistanda yeni Ombudsman seçilib

Ermənistanda yeni Ombudsman seçilib


24-01-2022, 17:13. Yazar: Admin

Kristine Qriqoryan

 


Ermənistan parlamenti ədliyyə nazirinin sabiq müavini Kristine Qriqoryanı Ombudsman seçib.

Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, onun namizədliyi hakim “Vətəndaş müqaviləsi” partiyası tərəfindən irəli sürülüb.

Onun namizədliyinin lehinə 68 deputat səs verib.

41 yaşlı Kristine Qriqoryan vəzifəsinin icrasına 23 fevraldan sonra, hazırkı Ombudsman Arman Tatoyanın səlahiyyət müddəti başa çatanda başlayacaq.

Qeyd edək ki, o, Ermənistan tarixində Larisa Alaverdyandan sonra ikinci qadın Ombudsmandır.


Geri dön