Ana Sayfa > Karusel / İnfrastruktur > Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolda piyada keçidi inşa edilir

Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolda piyada keçidi inşa edilir


24-01-2022, 16:53. Yazar: Admin

 

Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolda piyada keçidi inşa edilir

 

Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev-Sumqayıt avtomobil yolunda metal konstruksiyalı yeni piyada keçidi inşa olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA Qarabaginfo.az-a  verilən məlumata görə, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz keçməsini təmin etmək istiqamətində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yerüstü piyada keçidi Tağıyev qəsəbəsi-Sumqayıt avtomobil yolunun 3.84-ci km-də inşa edilir.

Məlumata görə, piyada keçidinin uzunluğu 30 metr, eni isə 3.5 metrdir.

Sözügedən yolun 4.59 və 8.76-cı km-lik hisələrində də daha iki bu cür piyada keçidinin inşası nəzərdə tutulur.


Geri dön