Ana Sayfa > Karusel / Cəmiyyət > DİN: Ülvi Həsənli COVID xəstəsi olduğu halda polis orqanına gəlib

DİN: Ülvi Həsənli COVID xəstəsi olduğu halda polis orqanına gəlib


24-01-2022, 16:50. Yazar: Admin

Daxili İşlər Nazirliyi

 

Daxili İşlər Nazirliyi Ülvi Həsənlinin polis bölməsində təzyiqə məruz qalması ilə bağlı məlumatlara münasibət bildirib.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Qarabaginfo.az-a bildirib ki, Sumqayıt şəhərində Ülvi Həsənlinin izahat yazmaq üçün getdiyi polis orqanında təzyiqlərə məruz qalması ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir: “Bu iddiaların yayılması onun barəsində aparılan araşdırmadan yayınmaq məqsədi daşıyır. Ülvi Həsənli aktiv COVİD-19 infeksiyası daşıyıcısı olduğu halda müalicə təyin olunan ünvanı tərk edərək polis orqanına gəlib. Qeyd olunan hallarla bağlı onun barəsində Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsinə əsasən araşdırma başlayıb, digər şikayətləri isə nəzarətə götürülməklə xidməti yoxlama aparılır".


Geri dön