Ana Sayfa > Karusel / İdman > Çempionlar Liqasında bütün 1/4 finalçılar bəlli oldu

Çempionlar Liqasında bütün 1/4 finalçılar bəlli oldu


14-03-2019, 10:22. Yazar: Admin

Ötən gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

"Qarabaginfo" xəbər verir ki, daha iki oyunla sonuncu 1/4 finalçılar da müəyyənləşib.

“Barselona” öz meydanında “Lion”u, “Bavariya” isə “Liverpul”u qəbul edib. Komandalar arasında keçirilən ilk oyunlarda qolsuz bərabərlik qeydə alındığından şanslar bərabər qiymətləndirilirdi. "Liverpul" səfər, "Barselona" isə ev qələbəsi sayəsində növbəti mərhələyə yüksəlib.


Çempionlar Liqası

1/8 finalın cavab oyunları

13 mart


"Barselona" - "Lion" - 5:1
Qollar:
 L. Messi, 18-penalti (1:0), 78(3:1), F. Koutinyo, 31 (2:0), L. Tusar, 59 (2:1), J. Pike, 81 (4:1), U. Dembele, 86 (5:1)
İlk oyun - 0:0

"Bavariya" - "Liverpul" - 1:3
Qollar:
 S. Mane, 26 (0:1), 84 (1:3), J. Matib, 38-avtoqol (1:1), V. van Deyk, 69 (1:2)
İlk oyun - 0:0


Xatırladaq ki, bundan əvvəl "Mançester Yunayted", "Ayaks", "Tottenhem", "Portu", "Yuventus" və "Mançester Siti" 1/4 finala vəsiqə qazanıblar.

 

 


Geri dön