Ana Sayfa > Karusel / Kriminal > DİN-dən aktrisa Çimnaz Sultanova ilə bağlı AÇIQLAMA

DİN-dən aktrisa Çimnaz Sultanova ilə bağlı AÇIQLAMA


24-01-2022, 14:23. Yazar: Admin
DİN-dən aktrisa Çimnaz Sultanova ilə bağlı AÇIQLAMA

Aktrisa Çimnaz Sultanovanın evindən edilən oğurluq faktı ilə əlaqədar Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin şöbə müdiri, Elşad Hacıyev bildirib.

O qeyd edib ki, iş üzrə icraat dayandırılması ilə bağlı iddialar əsassızdır.

Xatırladaq ki, oğurluq hadisəsi 2018-ci ildə Çimnaz Sultanovanın yaşadığı Binəqədi rayonu ərazisində yerləşən evdə baş verib.

Aktrisanın sözlərinə görə, prodüser Zərif Əlixanova yeniyetmə qızı ilə birgə ona məxsus 80 min avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.


Geri dön