Ana Sayfa > Karusel / Gündəm > Parklanma yerlərində saxlanılma müddəti artırılır
Parklanma yerlərində saxlanılma müddəti artırılır24-01-2022, 14:21. Yazar: Admin |
Nəqliyyat vasitəsinin parklanma yerində saxlanılmasına görə müddətin artırılması təklif edilir. Qarabaginfo.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 346.1-5-ci maddəsinə dəyişiklik təklif olunur. Yeni dəyişikliyə nəqliyyat vasitəsinin parklanma yerində 48 saatdan artıq müddətdə parklanmasına görə, yaxud parklanma müddəti və vaxtı məhdudlaşdırılmış parklanma yerində müəyyən olunmuş müddətdən artıq müddətə parklanmasına görə sözləri əlavə edilir. Qeyd edək ki, hazırda qüvvədə olan Məcəllədə müddət 24 saatdır. Bu qaydaların pozulmasına görə 20 manat cərimə nəzərdə tutulur. Yeni təklif edilən 48 saat müddətində isə cərimənin artırılması nəzərdə tutulmayıb. Geri dön |