Ana Sayfa > Karusel / Gündəm > Ağdama getmək istəyənlər üçün daha bir şans

Ağdama getmək istəyənlər üçün daha bir şans


23-01-2022, 13:08. Yazar: Admin

27 ildən sonra Ağdam rayonu erməni işğalından azad olundu | KONKRET

Xəbər verdiyimiz kimi, sabahdan işğaldan azad edilmiş ərazilərə, o cümlədən, Ağdama ilk marşrut avtobusu yola düşəcək.

Qarabaginfo.az xəbər verir ki, Ağdamın işğaldan azad olunmasından bəri bir çox vətəndaşımız məhz bu günü gözləyib, o torpaqlara səfərin arzusunda olub.

Əldə etdiyimiz məlumata görə, Ağdama səfər üçün biletlər hələ də mövcuddur. Arzusunda olan hər kəs Ağdama təşkil olunan ilk səfərin iştirakçısı olmaq üçün bu şansı dəyərləndirə bilər.

Biletləri www.yolumuzqarabaga.az portalına daxil olaraq əldə etmək mümkündür.

Qeyd edək ki, Bakı-Ağdam biletinin qiyməti 9.40 AZN-dir. (qafqazinfo.az)


Geri dön