Ana Sayfa > Karusel / Gündəm > İranlı hücumçu Almaniya klubuna keçib
İranlı hücumçu Almaniya klubuna keçib22-01-2022, 23:34. Yazar: Admin |
Rusiyanın "Zenit" klubunun futbolçusu Sərdar Azmun 2022/2023 mövsümündən Almaniyanın "Bayer" komandasında çıxış edəcək. Qarabaginfo.az-ın Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı hücumçu ilə 2027-ci ilədək müqavilə bağlanılıb. İranlı forvard yeni komandasına "Zenit"lə hazırkı sözləşməsi bitdikdən sonra keçəcək. Qeyd edək ki, bu mövsüm Sərdar Azmun bütün turnirlərdə 21 oyuna 10 qol vurub və 4 məhsuldar ötürmə verib. O, "Zenit"də 2019-cu ilin yanvarından çıxış edir. "Transfermarkt" Azmuna 25 milyon avro qiymət qoyub. Geri dön |