Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub


22-01-2022, 22:11. Yazar: Admin

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

Yanvarın 22-də Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən bildiriblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin! (report.az)


Geri dön