Ana Sayfa > Karusel / Gündəm > Akar: PUA-ların alınması barədə qərarı Kiyev verib
Akar: PUA-ların alınması barədə qərarı Kiyev verib22-01-2022, 21:22. Yazar: Admin |
Türkiyəni Ukraynaya zərbə PUA-larının təchizatına görə ittiham etmək doğru deyil. Bu təchizat NATO ilə tərəfdaşlıq planına uyğundur. Qarabaginfo.az-ın xəbərinə görə bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
"Türkiyə həm Rusiya, həm Ukrayna, həm də NATO-nun tərəfdaşları ilə müxtəlif sahələrdə, o cümlədən müdafiə sənayesində aktiv əməkdaşlıq edir. Bu əməkdaşlığın bir nümunəsi də Ukraynaya zərbə PUA-larının çatdırılmasıdır. Dronların alınması barədə qərarı Kiyev verdiyi üçün Ankaranı bu işdə ittiham etmək doğru deyil. Ukrayna NATO-nun xüsusi statuslu tərəfdaşıdır və onun müdafiə potensialının gücləndirilməsi Ukrayna – NATO fərdi əməkdaşlıq planının tərkib hissəsidir”, - deyə Akar vurğulayıb. Geri dön |