Ana Sayfa > Karusel / Siyasət > Fox News: ABŞ Ukraynadakı diplomatlarının ailələrini təxliyə edəcək

Fox News: ABŞ Ukraynadakı diplomatlarının ailələrini təxliyə edəcək


22-01-2022, 21:17. Yazar: Admin

ABŞ-ın Ukraynadakı səfirliyi

ABŞ-ın Dövlət Departamenti yanvarın 24-dən etibarən ölkənin Ukraynadakı səfirliyinin əməkdaşlarının ailələrini təxliyə edəcək.

Qarabaginfo.az-ın xəbərinə görə, bu məlumatı “Fox News” televiziyasının əməkdaşı Lukas Tomlinson sosial media hesabında yazıb.

Jurnalist bildirib ki, “Dövlət Departamenti təxliyəyə bazar ertəsi başlayacaq”.

Qeyd edək ki, bir müddət əvvəl “Bloomberg” agentliyi yaxın günlərdə xüsusi missiya yerinə yetirməyən diplomatlar və ailələrinin Kiyevdən çıxarılacağını xəbər vermişdi.


Geri dön