Ana Sayfa > Karusel / Gündəm > Mağaza və marketdən oğurluq edənlər saxlanıldı

Mağaza və marketdən oğurluq edənlər saxlanıldı


22-01-2022, 19:40. Yazar: Admin

Mağaza və marketdən oğurluq edənlər saxlanıldı

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 500 manat məbləğində pul və 118 manat dəyərində spirtli içki oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini M.Bukavadze saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə rayon ərazisindəki marketlərin birindən 300 manat məbləğində pul və 70 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini F.Quliyev yaxalanıb.

Faktlarla bağlı təhqiqat davam edir.


Geri dön