Ana Sayfa > Karusel / Gündəm > İranda 9-12 yaşlı uşaqlar peyvənd olunacaq
İranda 9-12 yaşlı uşaqlar peyvənd olunacaq22-01-2022, 19:33. Yazar: Admin |
İran Səhiyyə Nazirliyi 9-12 yaşlı uşaqlara koronavirus əleyhinə peyvənd vurulmasına icazə verib. Qarabaginfo.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyasında çıxışı zamanı Tehran valisi Möhsün Mənsuri məlumat verib. O, peyvəndin dozasının Səhiyyə Nazirliyi və Koronavirusla Milli Mübarizə Şurası tərəfindən açıqlanacağını ifadə edib. Peyvəndləmə könüllü olacaq və valideynlərin icazəsi əsasında aparılacaq. Qeyd edək ki, İranda Sinofarm, Sputnik V və AstraZeneka ilə bərabər yerli istehsal olan COVIRAN Bərəkət peyvəndi də istifadə edilir.
Geri dön |