Ana Sayfa > Karusel / Gündəm > Avropa çempionatı: Azərbaycanın futzal millisi ilk oyunda məğlub olub
Avropa çempionatı: Azərbaycanın futzal millisi ilk oyunda məğlub olub22-01-2022, 19:18. Yazar: Admin |
Futzal üzrə Azərbaycan millisi Niderlandda keçirilən Avropa çempionatında ilk oyununa çıxıb. Qarabaginfo.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupunda Gürcüstan seçməsi ilə üz-üzə gəlib. Qroningen şəhərindəki "Martini Plaza"da oynanılan qarşılaşma Azərbaycan yığmasının 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komandanın hər iki qolunu Rafael Vilela vurub. Bu qrupun digər matçında İspaniya millisi Bosniya və Herseqovinanı sınağa çəkəcək. Avropa çempionatı D qrupu, I tur 22 yanvar Gürcüstan - Azərbaycan - 3:2 Qol: Elisandro 9'31; Sebiskveradze 26'54''; Thales 31'30'' (p) - Rafael Vilela, 5'14''; 6'26'' Baş hakim: Sedrik Pelisye (Fransa) Qroningen. "Martini Plaza". Qeyd edək ki, Azərbaycan millisi ikinci oyununu yanvarın 26-da İspaniyaya qarşı keçirəcək. Geri dön |