Ana Sayfa > Karusel / Gündəm > "Sumqayıt" Antalyadakı sonuncu yoxlama oyununda uduzub

"Sumqayıt" Antalyadakı sonuncu yoxlama oyununda uduzub


22-01-2022, 18:55. Yazar: Admin

Sumqayıt Antalyadakı sonuncu yoxlama oyununda uduzub

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" sonuncu yoxlama oyununu keçirib.

Qarabaginfo.az məlumatına görə, Aleksey Baqanın baş məşqçi olduğu komanda Şimali Makedoniyanın "Şkupi" kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma "Sumqayıt"ın 1:2 hesablı məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi əvvəlki görüşlərdə Almaniyanın "Berliner AK" komandasına 2:5 hesabı ilə uduzub, Polşa "Yagelloniya"sı ilə isə qolsuz heç-heçə edib.


Geri dön