Ana Sayfa > Karusel / Gündəm > Yeltsinin şəxsi fotoqrafı olmuş Dmitri Donskoy vəfat edib

Yeltsinin şəxsi fotoqrafı olmuş Dmitri Donskoy vəfat edib


22-01-2022, 18:26. Yazar: Admin

Dmitri Donskoy

Rusiyanın birinci prezidenti Boris Yeltsinin şəxsi fotoqrafı kimi çalışmış Dmitri Donskoy 86 yaşında Moskvada vəfat edib.

Qarabaginfo.az-ın xəbərinə görə, yaxınları bildirib ki, Dmitri Donskoy uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

D. Donskoy 1991-1997-ci illərdə Yeltsinin şəxsi fotoqrafı kimi çalışıb. Yeltsinlə çalışmağa başlamazdan əvvəl Donskoy ölkənin ən yaxşı idman fotomüxbirlərindən biri olub. O, RİA “Novosti” informasiya agentliyində çalışıb. D. Donskoy 160-dan çox beynəlxalq mükafata, o cümlədən Beynəlxalq Jurnalistlər İttifaqının Beynəlxalq Press Foto Ustası, Beynəlxalq Foto İncəsənət Assosiasiyasının (FIAP) və nüfuzlu World Press Photo “Qızıl göz” mükafatına layiq görülüb. (apa)


Geri dön