Ana Sayfa > Karusel / Gündəm > Vaksinasiya ilə bağlı son vəziyyət

Vaksinasiya ilə bağlı son vəziyyət


22-01-2022, 16:49. Yazar: Admin

 

 

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 217 vaksin vurulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 791, “buster” doza üzrə isə 20 805 vaksin vurulub.

Vurulan vaksinlərin ümumi sayı 11 791 254, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 212 082, ikinci mərhələ üzrə 4 727 150 nəfər təşkil edir. Ümumilikdə isə 1 852 022 “buster” doza vurulub.

 

 


Geri dön