Ana Sayfa > Karusel / Kriminal > Bakıda 2 narkotacir və onların narkokuryerliyə cəlb etdikləri şəxslər saxlanıldı
Bakıda 2 narkotacir və onların narkokuryerliyə cəlb etdikləri şəxslər saxlanıldı22-01-2022, 16:07. Yazar: Admin |
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin”, həmçinin digər ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər tutulub.
Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Geri dön |