Ana Sayfa > Karusel / Gündəm > Komando hərbi hissəsində təlim məşqləri keçirilib

Komando hərbi hissəsində təlim məşqləri keçirilib


22-01-2022, 15:23. Yazar: Admin

 

Komando hərbi hissəsində təlim məşqləri keçirilib

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) hərbi hissəsində təlim məşqləri keçirilib.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin senarisinə uyğun olaraq taktiki yerdəyişmə fəaliyyətləri icra edən komandolar kəşfiyyat məlumatları əsasında şərti düşmənin kəşfiyyat-diversiya qrupunun təxribat törədəcəyi ehtimal edilən ərazi istiqamətində irəliləyiblər.

Komandolar maskalanma tələblərinə əməl etməklə sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə kəşfiyyat aparma, şərti düşmən sığıcaqlarının aşkar edilməsi, eləcə də kəşfiyyat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.


Geri dön