Ana Sayfa > Karusel / İqtisadiyyat > SOCAR-dan Ermənistanda zavod alması barədə iddialara - Cavab

SOCAR-dan Ermənistanda zavod alması barədə iddialara - Cavab


22-01-2022, 12:56. Yazar: Admin

SOCAR-dan Ermənistanda zavod alması barədə iddialara

 

SOCAR-ın Ermənistanda bitum zavodunu alması ilə bağlı məlumat yayılıb. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. KİV orqanı iddia edir ki, Azərbaycan tərəfi Tbilisinin vasitəçiliyi ilə bununla bağlı danışıqlar aparır. Sözügedən zavod Ermənistanın Ararat vilayətində yerləşir və “Məxməri inqilab”dan sonra praktiki olaraq fəaliyyətini dayandırıb.

Məsələ ilə bağlı SOCAR-la əlaqə saxladıq. Dövlət Neft Şirkətindən “Qafqazinfo”ya verilən açıqlamada yayılan iddiaların həqiqətə uyğun olmadığı bildirildi:

“Bu cür absurd iddialar heç SOCAR-ın miqyası ilə də uzlaşmır. SOCAR Azərbaycanın qlobal brendidir, Türkiyədə ən böyük xarici investor, Azərbaycan və Gürcüstan kimi ölkələrdə ən böyük vergi ödəyicisi, Avropada əməliyyatları olan bir şirkətdir, Cənub Qaz Dəhlizi kimi nəhəng beynəlxalq layihələrin aparıcı gücüdür. Bizim hansısa vilayətdə olan bir bitum sexinə ehtiyacımız yoxdur. Ermənistanda isə ümumiyyətlə heç bir marağımız yoxdur”.


Geri dön