Ana Sayfa > Karusel / Gündəm > Səhiyyə Nazirliyindən “Omicron”la bağlı əhaliyə çağırış
Səhiyyə Nazirliyindən “Omicron”la bağlı əhaliyə çağırış22-01-2022, 10:28. Yazar: Admin |
Səhiyyə Nazirliyi “Omicron”la bağlı əhaliyə yenidən çağırış edib. Qarabaginfo.az xəbər verir ki, çağırışda deyilir: “Omicron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur: - Maska taxın; - Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin; - Fiziki məsafə saxlayın; - İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun; - Vaksin olunun. Virusa yoluxduğunuz halda: - Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin; - Təcrid olduğunuz yeri tez-tez havalandırın; - Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün; - Bol maye qəbul edin; - Yataq rejiminə riayət edin; - Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz; - 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin; - Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durun; - Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin; - Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın. Unutmayaq ki, vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımızı gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırırıq”. Geri dön |