Ana Sayfa > Karusel / Dünya > İtaliyada 2 minə yaxın həkim peyvənd olunmadığı üçün işdən azad edildi

İtaliyada 2 minə yaxın həkim peyvənd olunmadığı üçün işdən azad edildi


22-01-2022, 09:14. Yazar: Admin

İtaliyada 2 minə yaxın həkim koronavirusa qarşı peyvənd olunmadığı üçün işdən azad edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə EFE agentliyi İtaliya Milli Tibb İdarəetmə Federasiyasına istinadən xəbər verir.

İşdən kənarlaşdırılan 1 972 nəfər ölkədə həkimlərin ümumi sayının 0,4%-ni təşkil edir.

Bundan əlavə, həkimlərə fəaliyyətinin dayandırılmaması üçün 5 gün müddətində vaxt verilib.

“Worldometer” saytının məlumatına görə, bu günə qədər İtaliyada 9,4 milyon insan koronavirusa yoluxub, 142,5 min xəstə ölüb, 6,5 milyon insan isə xəstəlikdən sağalıb.


Geri dön