Ana Sayfa > Karusel / Dünya > Klan rəhbəri Serbiyaya gəldi: prezidenti öldürmək istəyir

Klan rəhbəri Serbiyaya gəldi: prezidenti öldürmək istəyir


21-01-2022, 23:30. Yazar: Admin

Monteneqrodan olan narkoklanın rəhbərlərindən biri Serbiya Prezidenti Aleksandr Vuçiçə sui-qəsd həyata keçirmək üçün cinayət qruplaşmanı ölkəyə toplayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Serbiya daxili işlər naziri Aleksandr Vulin deyib.

Vulinin sözlərinə görə, rəhbərlik etdiyi nazirliyə 14 yanvar tarixində Avropoldan beynəxalq cinayətkar qruplaşma tərəfindən Serbiya prezidentinin həyatına qəsd planlaşdırılması ilə bağlı məlumat daxil olub:

“Bu məlumatlardan sonra İnformasiya və Təhlükəsizlik Agentliyi (Serbiya kəşfiyyatı - red.) və polis şəbəkənin rəhbərinin şəxsiyyətini müəyyən edib. Məlum olub ki, qruplaşmaya Monteneqrodan “Kavaç klanının” rəhbəri Radoe Zvitser rəhbərlik edir. Mafioz barəsində bundan öncə Serbiyada axtarış elan edilmişdi".

 


Geri dön