Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanlı futbolçu Yunanıstan klubuna keçdi

Azərbaycanlı futbolçu Yunanıstan klubuna keçdi


21-01-2022, 20:06. Yazar: Admin

Azərbaycanlı futbolçu Yunanıstan klubuna keçdi

“Səbail”in futbolçusu Turan Manafov Yunanıstanın “Olimpiakos Volos” klubuna keçib.

Qarabaginfo.az Bakı təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı cinah müdafiəçisi sözügedən komandada icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Turan Manafov 2019-cu ildən “Səbail”də çıxış edir. 2-ci liqada mübarizə aparan “Olimpiakos Volos” 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.


Geri dön