Ana Sayfa > Karusel / Gündəm > Rusiyanın qonşuları ilə bağlı planı budur - Kallas

Rusiyanın qonşuları ilə bağlı planı budur - Kallas


21-01-2022, 19:15. Yazar: Admin

Rusiyanın qonşuları ilə bağlı planı budur – Kallas

Rusiya qonşuları üzərində siyasi və hərbi təsirini bərpa etmək istəyir.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Estoniya Baş naziri Kaya Kallas deyib.

“Təhlükəsizlik vəziyyəti son dərəcə gərgindir. Rusiyanın məqsədi qonşuları üzərində siyasi və hərbi təsirini bərpa etməkdir. İndi bizim təhlükəsizlik siyasəti məsələlərində yekdilliyimiz xüsusilə vacibdir. Bunun üçün parlamentdəki bütün siyasi partiyaların vahid informasiya meydanında olması zəruridir. Ona görə də mən parlament sədrinə təklif etdim ki, təhlükəsizlik mövzusunda məlumat mübadiləsi aparmaq üçün ağsaqqallar şurasının mütəmadi iclaslarının keçirilməsinə başlanılsın”, – Kallas bildirib.


Geri dön