Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Nəfəs” ictimai birliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
Ana Sayfa > Karusel / Cəmiyyət > “Nəfəs” ictimai birliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

“Nəfəs” ictimai birliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi - FOTO


21-01-2022, 15:18. Yazar: Admin
“Nəfəs” ictimai birliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi – FOTO

Sovet imperiyasının Bakıda törətdiyi qanlı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Nəfəs” ictimai birliyinin sədri, Firəngiz Balakişiyeva və birliyin digər əməkdaşları yanvarın 20-də – Ümumxalq Hüzn Günü Şəhidlər xiyabanını ziyarət ediblər.

“Nəfəs” ictimai birliyindən Qarabaginfo.az-a bildirilib ki, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Bugünkü azad və firəvan həyatımızı borclu olduğumuz şəhidlərimizin əziz və əbədi ruhları qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.


Geri dön