Ana Sayfa > Karusel / Siyasət > BDU-nun müəllimindən 50 min manat rüşvət alan şəxsə hökm oxunub
BDU-nun müəllimindən 50 min manat rüşvət alan şəxsə hökm oxunub21-01-2022, 13:26. Yazar: Admin |
Bakı Dövlət Universitetinin (BDU) müəllimi Hüseyn Məmmədova qarşı dələduzluqda ittiham edilən Əliyev Elbrus Şahmar oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E.Əliyev Cinayət Məcəlləsinin dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ilə təqsirli bilinib və 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını şərti hesab edib. Qeyd edək ki, E. Əliyev Abşeron Rayon Prokurorluğunda qeyri-rəsmi köməkçi vəzifəsində çalışdığını iddia edib. İttihama görə, E. Əliyev BDU-nun müəllimi Hüseyn Məmmədovun oğlunu prokurorluqda işə düzəldəcəyini bildirib. Onun oğlu Eldar imtahandan kəsilib, amma atası başqa bir yolla oğlunu işə düzəltməyə çalışıb. Bu səbəbdən Hüseyn Məmmədov 50 min manat rüşvəti Elbrus Əliyevə verib. Elbrus Əliyev axtarışda olub. O, cinayət məsuliyyətinə cəlb edildiyi halda barəsində həbs qətimkan tədbiri seçilməyib və bundan sonra Elbrus Əliyev qaçaraq istintaqdan yayınıb. Sonra tutularaq istintaqa təhvil verilsə də yenidən ev dustaqlığına buraxılıb. Elbrus Əliyevin cinayət işi üzrə daha iki nəfər zərərçəkmiş var. Onlar da universitetə tələbə qəbul etdirmək, həbs edilən şəxsin cəzasının azaltmaq adı ilə Elbrus Əliyevə pul veriblər. Hüseyn Məmmədov BDU-da fəlsəfə müəllimidir. İllərdir BDU-da çalışan H.Məmmədov bir müddət əvvələ qədər kafedra müdiri olub. Geri dön |