Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda əmlak vergisi üzrə vergitutma bazası genişləndirilir
Azərbaycanda əmlak vergisi üzrə vergitutma bazası genişləndirilir21-01-2022, 12:53. Yazar: Admin |
Vergi Məcəlləsində edilmiş daha bir dəyişiklik əmlak vergisi üzrə vergitutma bazasının genişləndirilməsi ilə bağlıdır. Bu barədə Qarabaginfo.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumatda deyilir ki, dəyişikliyin əsas məzmunu fərdi sahibkarların balanslarında olan daşınar əsas vəsaitlərin əmlak vergisinə cəlb edilməsi və dövlət büdcəsinə ödənilməsindən ibarətdir. Mövcud qanunvericiliyə görə, fiziki şəxslər öz mülkiyyətində olan daşınmaz əmlaklara görə əmlak vergisini Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablayıb bələdiyyə büdcəsinə ödəyirlər. Lakin hüquqi şəxslərdən fərqli olaraq, fərdi sahibkarlar balanslarında olan daşınar əsas vəsaitlərə görə əmlak vergisinin ödəyicisi deyillər. Vergi Məcəlləsində edilmiş son dəyişikliklə fərdi sahibkarlarla hüquqi şəxslərin əmlak vergisi üzrə vergitutma obyektlərinin bərabərləşdirilməsi nəzərdə tutulub. Belə ki, bu ildən fərdi sahibkarlar balanslarında olan daşınar əsas vəsaitlərə (sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobili istisna olmaqla) görə əmlak vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidirlər. Fərdi sahibkarlar əmlak vergisinin hesablanmasını, bəyan edilməsini, ödənilməsini, o cümlədən cari vergilərin ödənilməsini, hesabatın təqdim edilməsini, habelə müvafiq vergi güzəştlərindən istifadə olunmasını hüquqi şəxslər üçün müəyyən edilmiş ümumi qaydada yerinə yetirəcək. Bunun üçün hər hansı digər əlavə rejim tətbiq olunmur. Geri dön |