Ana Sayfa > Karusel / Cəmiyyət > “Ramiz Mehdiyev əsl elm adamlarını cana-boğaza yığıb, getməlidir!” - Akademiyanın PROFESSORU
“Ramiz Mehdiyev əsl elm adamlarını cana-boğaza yığıb, getməlidir!” - Akademiyanın PROFESSORU21-01-2022, 10:45. Yazar: Admin |
“Ramiz Mehdiyev akademiyaya rəhbər gələndən sonra müsbətə doğru heç bir dəyişiklik olmayıb. Əksinə, vəziyyət daha da pisləşib. Gözlənilən idi, çünki əvvəllər də öz kurasiyasında saxladığı akademiyanın vəziyyəti ürəkaçan deyildi. Akademiyada elmi titulların və vəzifələrin dostbazlıq, tanışlıq, qohumbazlıq, yerlibazlıq və digər zərərli prinsiplər və sövdələşmələr əsasında həyata keçirildiyi heç kəsə sirr deyil”. Qarabaginfo.az xəbər verir ki, bu fikirləri modern.az-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib.
Elmlər Akademiyasındakı hədsiz maliyyə pozuntuları, özbaşınalıq baş alıb gedir, vəziyyət gündən-günə kritikləşir. Bu gün Ramiz Mehdiyevin “işləməsi” zərərlidir. O, akademiyada şəffaflıq yaratmaq istiqamətində heç bir təşəbbüs göstərmək iqtidarında deyil. Onun fəaliyyəti elmə və alimə həqarətdir. Silahdaşı İsa Həbibbəyli və bir qrup digər akademşəbəkə fəalları da ciddi elmlə məşğul olan adamlara nifrət edir. Bunun şəxsən şahidi olmuşam”.
“Halbuki adam bağ-bağatında rəngarəng kəpənəklər, təzə-tər çiçəklərlə mənalı vaxt keçirə bilərdi. Bu, həm elmimiz, həm də dövlətçiliyimiz üçün daha faydalı olardı. Təsəvvür edin, institutlarda dövlətin milyonları mənimsənilir, plagiatizmə abidə qoyulur, dövlət maraqları ayaqlar altına salınıb tapdanır, gənclər baş alıb ölkədən gedir, dövlətə və ölkə başçısına qarşı süni narazılıqlar yaradılır, qanunsuzluq meydan sulayır, fəqət Ramiz Mehdiyevdən səs çıxmır, reaksiya gəlmir. Di gəl ki, orfoqrafiya lüğətində “hörümçək” sözünün mexaniki səhvliklə düşməsini iclasın gündəliyinə salır.
Baş akademik ziddiyyətli açıqlamalar verir. Onun sözü ilə əməli düz gəlmir: “Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən (Yaqub Mahmudovdan – İ.A.) miras qalmış mənasız intriqaların nəticəsidir” – söyləyən R.Mehdiyev, onun təbirincə desək, həmin “qeyri-sağlam iş mühiti”nin müəllifini və “intriqant”ı özünə müşavir təyin edir. Pislədiyi Yaqub Mahmudov indi də onun müşaviridir”.
“Əks təqdirdə, bunun ağır fəsadları olacaq. Ciddi islahatlar getməli, akademiyanı cənginə almış özbaşınalığa, məsuliyyətsizliyə, “pokazuxalığa” son qoyulmalı, elm adına mənimsənilən yüz minlərin, milyonların, yeyilən 10 milyonlarla qrantların, zərərli fəaliyyət və ya fəaliyyətsizlik nəticəsində dövlətin elm potensialına vurulan ziyanın həcmi müəyyən edilməlidir. Riyakar məddahların, yaltaq və alçaqların, xüsusən, xəyanətkarların statistikası aparılmalıdır. Nəhayət, rüşvətə, alıb-aldatmağa, fırıldağa, dövlət əmlakını mənimsəməyə son qoyulmalı, talançı alim-akademik şəbəkəsinin üzvlərindən, heç olmasa, bir neçəsi cəzalandırılmalıdır”. Geri dön |