Ana Sayfa > Karusel / Kriminal > Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Qanunsuz ov edən şəxslər cəzalandırılıb


21-01-2022, 09:11. Yazar: Admin

Cəlilabad rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri və Şabran rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Qarabaginfo.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Sabir Əliyev, Şabran şəhər sakinləri Fizuli Xudaverdiyev, Fizuli Quliyev və Elmar Babayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

O qeyd edib ki, eyni zamanda, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Bakı şəhər sakinləri Rəsul Məmmədov, Mahmud Əliyev, Bəydəmir Məmmədov, Hüseyn Sultanov və Ağcabədi rayon sakini Xəqani Abdullayev saxlanılıb: "Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb".


Geri dön