Ana Sayfa > Karusel / Siyasət > Moldova prezidenti qaz böhranı fonunda xalqa müraciət edib
Moldova prezidenti qaz böhranı fonunda xalqa müraciət edib21-01-2022, 07:51. Yazar: Admin |
Moldova Prezidenti Maya Sandu ölkə vətəndaşlarını böhran zamanı enerjidən səmərəli istifadə etməyə çağırıb, çünki hökumət tariflərin artımını tam kompensasiya edə bilmir. Bu barədə RİA”Novosti”yə xəbər verir. Moldova Prezidenti qeyd edib ki, ölkə hökuməti enerji resurslarının idxalından imtina edə bilməz və dövlətin keçmiş rəhbərliyi bərpa olunan enerjiyə sərmayə qoyuluşunun zəruriliyinə məhəl qoymayıb. “Qazın və müvafiq olaraq digər enerji daşıyıcılarının qiymətlərinin artması məişət istehlakçılarının, iqtisadiyyatın və dövlətin üzərinə böyük yük qoymuşdur, biz regionda bazar qiymətlərindən tamamilə asılıyıq və bu gün bazarda vəziyyət normaldan çox uzaqdır. Enerjini daha rasional istehlak etməyi öyrənməliyik, yaşadığımız evlərin istilik izolyasiyasına ehtiyacımız var, dövlət müəssisələrində enerjiyə qənaət etməliyik. Son zamanlar enerji sahəsində və danışıqların aparılmasında çoxlu sayda mütəxəssislərimiz yaranıb. Gəlin, hakimiyyət itkisindən əziyyət çəkən populistlərə, korrupsioner məmurlara aldanmayaq. Zəngin ölkələr çox xərcləyənlər deyil, rasional xərcləyənlərdir”. Geri dön |