Ana Sayfa > Karusel / Region > Peskov: Rusiya və Ukrayna prezidentlərinin görüşünə hazırlıq getmir

Peskov: Rusiya və Ukrayna prezidentlərinin görüşünə hazırlıq getmir


21-01-2022, 07:38. Yazar: Admin

Dmitri Peskov

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Türkiyə prezidentinin Vladimir Putin və Volodimir Zelenskinin görüşünü təşkil etmək təklifinə münasibət bildirib. 

Qarabaginfo.az xəbər verir ki, Peskov hər hansı görüşə hazırlıq getmədiyini bildirib: “Görüşlə bağlı heç nə yoxdur. Yalnız Ukraynanın silahla təmin edilməsi və bu ölkənin Minsk razılaşmasına əməl etməməsi var”, - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan yanvarın 20-də Rusiya və Ukrayna prezidentlərinin birbaşa görüşünü təşkil etməyə hazır olduğunu bildirib.


Geri dön