Ana Sayfa > Karusel / Gündəm > “Qalatasaray” yenə uduzdu
“Qalatasaray” yenə uduzdu20-01-2022, 23:57. Yazar: Admin |
Türkiyə Super Liqasında 22-ci turun oyunları keçirilir. Qarabaginfo.az xəbər verir ki, uğursuz mövsüm keçirən "Qalatasaray" Fatih Terimin komandadan ayrılmasından sonra ardıcıl ikinci matçında da məğlub olub. Domenek Torrentin baş məşqçisi olduğu İstanbul klubu bu dəfə doğma meydanda "Kasımpaşa" ilə bacarmayıb. Oyunda hesabı "Qalatasaray" açsa da, üstünlüyü qoruya bilməyib. "Kasımpaşa" 3:1 hesablı qələbə qazanıb. Geri dön |